Qlobal bazarlar FED-in faiz qərarından sonra dəyər itirib.

İndex.az xəbər verir ki, FED sədri Pouelin açıqlamalarından sonra ABŞ-ın "S&P 500" indeksi 1,6% ucuzlaşıb.

Çin rəsmilərinin büdcə açıqlamaları Asiyada Çin indekslərinin yüksəlməsinə səbəb olub.

Honkonqun "Hang Seng" indeksi 1,3%, Çinin "CSI 300" indeksi isə 0,7% bahalaşıb.

Yapon indeksləri də FED-in faiz qərarından sonra dəyər itirməyə başlayıb.

Belə ki, "Nikkei 225" indeksi 0,8% azalıb.

ABŞ-ın Yaxın Şərqdə İranın dəstəklədiyi qruplara cavabının gözlənildiyi bir vaxtda neft qiymətləri bir qədər yüksəlib.

ABŞ-ın xam neft ehtiyatlarının artmasının ardından 2,5%-lə son üç həftənin ən kəskin enişini yaşayan WTI markalı xam neft, cümə axşamı 0,7% artımla 76,35 dollardan alıcı tapıb.

Digər tərəfdən, "Brent" 0,6% bahalaşaraq 81 dolları ötüb