Ötən həftəni yüksəlişlə tamamlayan qızıl qiymətləri, dünyada baş verən gərginliklər və Mərkəz Bankı Rəhbərlərinin uzunmüddətli yüksək faiz açıqlamalarından sonra sabit qalıb.

İndex.az xəbər verir ki, FED sədri Jerom Pouelin keçən həftə "Jackson Hole" konfransında borc faizlərini daha da artırmağa hazır olduqları ilə bağlı verdiyi siqnallar qızılın yüksəlişinə son qoyub.

Hazırda qızılın bir unsiyasının qiyməti 0,02% bahalaşaraq 1,914,46 dollar çatıb.