Dünyanın ən böyük "hedcinq" fondlarından biri olan "Bridgewater"in Baş İnvestisiya Mütəxəssisi (CIO) Bob Prins inflyasiya ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, Prins inflyasiya ilə mübarizənin sona çatmadığıın və əsas inflyasiyanın azaldılmasının çox çətin olacağı barədə xəbərdarlıq edib.
Prins ABŞ-ın inflyasiya ilə mübarizəsinin hələ bitmədiyi barədə xəbərdarlıq edərək, FED-in gələn il bir sıra sürətli faiz endirimləri edəcəyinə dair spekulyasiyaların tez olduğunu bildirib.
Prins, bu həftə ABŞ-da illik inflyasiyanın iki ildən çox müddət ərzində ən aşağı səviyyəyə düşdüyünü göstərən məlumatlardan alınan rahatlama ilə dəstəklənən qlobal səhm və istiqrazlar üzrə yüksəlişə diqqət çəkib.
