Ötən il ərzində "Expressbank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.

İndex.az xəbər verir ki, ötən il "Expressbank"ın faiz gəlirləri 57.670 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 48.257 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 9.413 milyon manatlıq artımın olduğunu görərik.

"Expressbank"ın faiz xərcləri isə 2023-cü il ərzində 5.185 milyon manat artaraq 15.516 milyon manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 10.331 milyon manat olmuşdur.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildə “Azərnəqliyyatbank” adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.