21-ci əsrin sonuna qədər Hindistan 1 milyarddan çox əhaliyə sahib olan yeganə ölkə olacaq.
İndex.az xəbər verir ki, "Worldupdates"in araşdırmasına görə, 21-ci əsrin sonunda Hindistan əhalisinin sayı 1.53 milyard nəfərə çatacaq.
İndex.az 21-ci əsrin sonunda ən çox əhaliyə sahib olacaq 10 ölkəni sizə təqdim edir:
1. Hindistan → 1.53 milyard
2. Çin → 771 milyon
3. Nigeriya → 546 milyon
4. Pakistan → 487 milyon
5. Konqo → 431 milyon
6. ABŞ → 394 milyon
7. Efiopiya → 323 milyon
8. İndoneziya → 297 milyon
9. Tanzaniya → 244 milyon
10. Misir → 205 milyon
