2023-cü il ərzində "VTB Bank"ın depozit portfeli azalıb.
İndex.az xəbər verir ki, ötən il ərzində "VTB Bank"ın depozit portfeli 5.500 milyon manat azalaraq 89.351 milyon manata enib.
İlin əvvəlində bu göstərici 94.851 milyon manat idi.
2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 1.512 milyon manat artaraq 65.305 milyon manata yüksəlib.
Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 31.058 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 7.013 milyon manat azalaraq 24.045 milyon manat olub.
Xatırladaq ki, “Bank VTB” 2009-cu ildən Azərbaycanda fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 315.815 milyon dollardır. VTB (Azərbaycan) 20-dən çox ölkədə nümayəndəliyi olan VTB beynəlxalq maliyyə qrupunun üzvüdür.
