2023-cü il ərzində "Naxçıvanbank"ın depozit portfeli azalıb.

İndex.az xəbər verir ki, ötən il ərzində "Naxçıvanbank"ın depozit portfeli 91.998 milyon manat azalaraq 63.418 milyon manata enib.

İlin əvvəlində bu göstərici 155.416 milyon manat idi.

2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 7.370 milyon manat azalaraq 2.970 milyon manata enib.

Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 145.046 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 86.876 milyon manat azalaraq 58.170 milyon manat olub.

Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57.130 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.