ABŞ-ın e-ticarət saytı "eBay" qeyri-qanuni narkotik vasitələrin istehsalı üçün istifadə edilən avadanlıqların satışı ilə bağlı iddialara görə, cərimə ödəməyə razılaşıb.
İndex.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirib ki, "eBay" öz saytında qanunsuz narkotik hazırlamaq üçün istifadə edilən minlərlə avadanlığın satıldığına dair ittihamlara görə hökumətə 59 milyon dollar ödəyəcək.
Açıqlamada saytda satılan bu avadanlıqların həqiqi narkotikdən fərqlənməyən qeyri-qanuni dərmanların istehsalında istifadə edildiyi, istehsal edilən dərmanların bəzilərində hətta fentanilin də olduğu bildirilib.
Bunula yanaşı açıqlamada qeyd edilib ki, bu məhsulları saytdan alanların əksəriyyəti saxta dərmanların qaçaqmalçılığına görə mühakimə olunub.
