İnvestorların FED-in növbəti məlumatlarını gözləməsi qızıl qiymətlərinin bahalaşmasına səbəb olub.

İndex.az xəbər verir ki, 1,3% dəyər qazanan qızılın bir unsiyası 2,019 dollardan yuxarı ticarət edilib.

FED-in yanvar iclasının protokolları çərşənbə günü açıqlanacaq.

Siyasətçilər isə inflyasiya daha da zəifləyənə qədər borclanma xərclərini azaltmaq istəmirlər.