Çin ABŞ texnologiyalarından uzaqlaşaraq, daxili bazara önəm verməyə başlayıb.
İndex.az xəbər verir ki, Çinin ən böyük şirkətlərindən biri olan “Baidu” da bu tendensiyanı izləyib və süni intellekt çipləri üçün “Huawei”i seçib.
“Baidu” inkişaf etdirdiyi “Ernie” böyük dil modelini (LLM) idarə etmək üçün avqust ayında ABŞ çip nəhəngi “Nvidia”dan A100 çiplərini sifariş etdi.
Lakin, oktyabr ayında tətbiq edilən yeni məhdudiyyətlərdən sonra “Baidu”nun “Nvidia”ya çıxışı faktiki olaraq dayandırıldı.
Buna görə də, “Baidu” “Nvidia”nın A100 çipinə alternativ olaraq “Huawei Technologies” tərəfindən hazırlanmış “910B Ascend AI” çiplərindən 1600 ədəd sifariş etdi.
Sifariş edilmiş çiplərdən əksəriyyətinin çatdırıldığı bildirilir.
