Çin istehsalçılarından yeni modellər gəlməyə davam edir.
İndex.az xəbər verir ki, bu dəfə BAIC-in elektromobil markası "ArcFox" yeni "Alpha T5" yolsuzluq avtomobilini təqdim edib.
"520 AIR", "520 PRO", "520 MAX" və "660 MAX" olmaqla dörd fərqli versiyada seçim edilə bilən modelin qiyməti 21.800-28.000 dollar arasında dəyişir."Alpha T5"in uzunluğu 4690 mm, eni 1936 mm və hündürlüyü 1650 mm. Bütün versiyaların ön ötürücülü güc aqreqatına malik olduğu model 0-dan 100 km/saata 7,5 saniyəyə sürətlənir.
