Çin bankları artımı dəstəkləmək üçün depozit faizlərində əlavə endirimləri nəzərdən keçirir.

İndex.az xəbər verir ki, Çində iqtisadiyyatı dəstəkləmək və mənfəət marjalarını qorumaq istəyən dövlət bankları bir il ərzində üçüncü dəfə depozit faizlərini azaltmaq fikrinə düşüb.

Çinin "Sənaye və Ticarət Bankı", "Çin İnşaat Bankı" və digər banklar əsas ödəmə müddətlərində yerli valyutada olan əmanətlərində 5 ilə 20 baza bəndi arasında endirim etməyi nəzərdən keçirirlər.

Keçən ilin iyun və sentyabr aylarında depozit faizlərini oxşar dərəcələrlə endirən bankların bu yeni addımı Çinin istehlak xərclərini canlandırmaq səylərini dəstəkləyəcək.