"Apple"ın mühüm bazarlarından biri olan Çində "iPhone" satışları 24% azalıb.

İndex.az xəbər verir ki, beləliklə, "Apple" Çində smartfon sənayesində bazar payını itirərək 4-cü yerə düşüb.

Birinci yeri isə Çinin Dongguan şəhərində qurulan smartfon markası "Vivo" ələ keçirib.

Buna baxmayaraq "Vivo"nun satışları ölkə daxilində 7% azalıb.

Çin "Huawei"in bazar payı bu dövrdə 9,4%-dən 16,5%-ə yüksəlib.

Əvvəlki il 19% olan "Apple"in bazar payı 15,7%-ə düşüb.