Çinin böyük şəhərlərində ipoteka qaydalarının yumşaldılması Çin səhmlərinin, xüsusən də daşınmaz əmlak şirkətlərinin sürətlə dəyərlənməsinə səbəb olub.
İndex.az xəbər verir ki, "Hong Kong Hang Seng China Companies Index" bu səhər 3,6% bahalaşıb.
"Longfor" və "China Resources Land" kimi daşınmaz əmlak şirkətlərinin də dəyəri yüksəlib.
Çində ilk dəfə ev alacaq olanlar üçün ilkin ödəniş ev dəyərinin 20%-nə endirilib.
Karl Çan da daxil olmaqla "JPMorgan Chase & Co" analitiklərinin fikrincə, bu qaydalar qısa müddətdə Çinin böyük şəhərlərində ev satışlarının bərpasına sürətləndirəcək və əvvəllər sıxışdırılmış tələbi üzə çıxaracaq.
Bundan əlavə, "Country Garden"in "Ringgit" istiqrazı üzrə kupon ödənişləri etdiyini bildirməsi də yüksəlişdə təsirli olub.
