Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 831 mənzil alıblar.
Bu barədə İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə olaraq 75 mənzil və ya 9,9 % çoxdur.
Təkcə noyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 16 mənzil və ya 21,6 % çoxdur.
Noyabrda Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.
Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Türkiyədə xarici vətəndaşlara 19 117 mənzil satılıb. Bu, 2024-cü eyni dövrü ilə müqayisədə 2 421 mənzil və ya 11,2 % azdır.
Təkcə noyabrda isə xaricilər Türkiyədə 1 956 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə olaraq 207 mənzil və ya 9,6 % azdır.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 11 ay ərzində 3 145 mənzil satılıb. Bu, ötən ilin ilk 11 ayı ilə müqayisədə 1 284 ədəd və ya 29 % azdır.
Təkcə noyabrda isə rusiyalılar Türkiyədə 310 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 111 ədəd və ya 26,4 % azdır.
Növbəti yeri Ukrayna vətəndaşları tutublar. Onlar bu siyahıda keçən ay ikinci olan almanları qabaqlayıblar. Belə ki, bu ilin 11 ayında onlar bu ölkədə 1 348 mənzil satılıb ki, bu da illik müqayisədə 102 ədəd və ya 7,03 % azdır. Noyabrda isə ukraynalılara 159 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1 mənzil və ya 0,6 % azdır.
Ötən ay üçüncü yerdə Almaniya vətəndaşları qərarlaşıblar. Belə ki, yanvar-noyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 1 271 mənzil sahib olublar. Bu da 2024-cü ilin 11 ayı ilə müqayisədə 114 mənzil və ya 9,8 % çoxdur. Ötən ay isə iranlılar Türkiyədə 151 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 36 mənzil və ya 31,3 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.
