Çində avtomobil satışları artıb.
İndex.az xəbər verir ki, "Forex" - Avtomobil istehsalçıları arasında qiymət mübarizəsi nəticəsində dekabr ayında Çində sərnişin avtomobillərinin satışı 8,3% artıb.
Çin Sərnişin Vasitələri Assosiasiyası verdiyi açıqlamada bu ayda satışların 2,37 milyon avtomobil təşkil etdiyini bildirib.
Bütün il ərzində satışlar 5,3% artaraq 21,93 milyona çatıb.
