Çin Xalq Bankı bu ay da kredit üzrə uçot dərəcəsini dəyişməyib.

İndex.az xəbər verir ki, Çində kredit üzrə bir illik uçot dərəcəsi 3,45% səviyyəsində saxlanılıb.

Bu qərar iqtisadçıların gözləntisi ilə uyğun olub.

Çin Xalq Bankının məlumatlarına görə, ipoteka kreditləri üçün istinad dərəcəsi olan beş illik uçot dərəcəsi gözlənildiyi kimi 4,2%-də sabitlənib.