Çin Xalq Bankı uçot dərəcələrini dəyişməz saxlayaraq artan nağd tələbi qarşılamaq üçün bazarı daha çox likvidlik ilə təmin edib.

İndex.az xəbər verir ki, Çində ortamüddətli kreditlər üzrə uçot dərəcəsi 2,5% səviyyəsində saxlanılıb.

Analitiklər bildirdilər ki, 650 milyard yuan dəyərində MLF kreditləri bu ay başa çatacaq.

Bu o deməkdir ki, əməliyyat bank sisteminə 800 milyard yuan xalis yeni vəsait daxil olub.