Çin Xalq Bankı (PBOC) bu həftə banklar üçün açıqlanan fövqəladə məcburi ehtiyat azaldılmasından sonra yeni planlarını açıqlayıb.
PBOC prezidenti Pan Qonqşenq, FED-in yumşaldıcı addımlarının başlaya biləcəyinə dair işarələrin olduğunu və ölkəsindəki siyasətçilərin iqtisadiyyatı canlandırmaq üçün daha çox addım atmağa imkan verdiyini bildirib.
Pan bildirib ki, PBOC-nin texnologiya sektorları üçün maliyyələşdirməni təmin etmək məqsədi ilə yeni kredit bazarı departamenti qurulacaq.
Panın sözlərinə görə, aqrar sektora və kiçik biznesə daha çox kredit verilməsini təmin etmək üçün banklar, həcmi 279 milyard dollardan çox olan aşağı qiymətli kreditlərin uçot dərəcələri daha da aşağı salacaq.
