Çin çip istehsalçısı SMIC, "Huawei" üçün 5 nanometrlik prosesi əhatə edəcək yeni istehsal xətti qurub.

İndex.az xəbər verir ki, bu, Çinin ABŞ-ın sanksiyalarına baxmayaraq hasilatını artırmaq niyyətində olduğunu göstərir.

Çin hazırda yarımkeçirici istehsalında ciddi bir irəliləyiş əldə edir, lakin reallığı tam başa düşmək üçün bu sahənin digər iştirakçılrına nəzər yetirmək lazımdır.

Niderlandlı litoqrafiya alətləri istehsalçısı ASML çip istehsalında demək olar ki, monopoliyaya malikdir.

Çin ABŞ-ın sanksiyalarından sonra ASML-nin qabaqcıl EUV litoqrafiya maşınlarına girişi itirsə də, bu maşınlarla 3nm prosesində istehsal etmək mümkündür.

Bununla belə, son həftələrdə Niderland da ABŞ ilə aparılan danışıqlar nəticəsində Çinə əvvəlki nəsil DUV avadanlıqlarının satışını dayandırıb.

Məlum olub ki, Çin bu qadağa gəlməmişdən əvvəl çoxlu miqdarda DUV maşınları - xüsusilə NXT: 2050i və NXT: 2100i - ehtiyatını artırıb.