Çin hökuməti illik artım hədəfini 5% civarında müəyyənləşdirib.

İndex.az xəbər verir ki, Pekin həmçinin 2024-cü ildə işsizliyi 5,5%-ə endirməyi və şəhərlərdə 12 milyon yeni iş yeri yaratmağı hədəfləyir.

2024-cü il üçün istehlakçı inflyasiya hədəfi keçən illə eyni səviyyədə təxminən 3% səviyyəsində müəyyən edilib.

Bu gün 14-cü Ümum Çin Xalq Nümayəndələri Konqresinin açılışında iş hesabatını təqdim edən Çinin Baş naziri Li Qianq bildirib ki, bu məqsədlərə nail olmaq onlar üçün asan deyil.

“Bizə bütün cəbhələrdən siyasət dəstəyi və birgə səylər lazımdır".