Cef Bezos daha 12 milyon "Amazon" səhmini satdı

Cef Bezos, "Amazon"dakı səhimlərini satmağa davam edir.

İndex.az xəbər verir ki, Bezos, 2 milyard dollar dəyərində daha 12 milyon səhm satıb.

Bununla da, satılan səhmlərin ümumi dəyəri 6 milyard dolları ötüb.

Bezosun planı qurduğu şirkətin 50 milyona qədər səhmini satmaqdır.

Ümumilikdə bu günə qədər təxminən 36 milyon səhm satılıb.