"BTB Bank"ın aktivləri 2023-cü il ərzində azalıb.

İndex.az xəbər verir ki, "BTB Bank"ın aktivləri ilin əvvəlinə nəzərən 5.045 milyon manat azalaraq 369.155 milyon manata enib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 374.200. milyon manat təşkil edib.

Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb.

Onun nizamnamə kapitalı 51 milyon manatdır.

Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya (Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini), 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.