İngiltərədə sərhəd karbon tənzimlənməsi mexanizmi çərçivəsində 2027-ci ildən etibarən idxal edilən məhsullara karbon vergisi tətbiq ediləcək.
İndex.az xəbər verir ki, bu çərçivədə 2027-ci ildən etibarən karbon vergisisinin tədbiq ediləcəyi məhsullara alüminium, polad, keramika, gübrə, şüşə, hidrogen, dəmir və polad daxildir.
Tətbiq ediləcək vergi idxal olunan malların istehsal prosesi zamanı karbon emissiyalarının miqdarına və mənşə ölkəsində tətbiq edilən karbon qiyməti ilə İngiltərədəki istehsalçılara tətbiq edilən karbon qiyməti arasındakı fərqə görə müəyyən ediləcək.
