Asiya-Sakit Okean bazarları ucuzlaşmayağa başlayıb.
İndex.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankı (BOJ) keçirdiyi son iclasda rəsmi olaraq mənfi faiz siyasətini dayandıraraq son 17 ildə ilk dəfə uçot dərəcələrini artırıb və uçot dərəcəsini -0,1%-dən 0-0,1%-ə yüksəldib.
Bank həmçinin gəlir əyrisinə nəzarət siyasətini ləğv edərək siyasətdə tarixi bir dəyişikliyi qeyd etdi.
Yaponiyanın "Nikkei 225" indeksi qərardan sonra 0,4% azalıb, "Topix" isə 0,19% yüksəlib.
"S&P/ASX 200" qərarın ardından 0,29% artaraq öz qazancını davam etdirib.
Cənubi Koreyanın "Kospi" indeksi 1,32%, kiçik ölçülü "Kosdaq" indeksi isə 0,91% ucuzlaşıb.
Honkonqun "Hang Seng" indeksi 0,85%, Çinin "CSI 300 indeksi" isə 0,17% dəyər itirib.
