ABŞ Federal Aviasiya İdarəsi (FAA) “Boeing” şirkətinin "737 Max" təyyarələrini yenidən yoxlamaq üçün geri çağırılmasını tələb edib.

İndex.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, FAA “Boeing” şirkətinin "737 Max" təyyarəsinə müntəzəm texniki qulluq zamanı uçuş idarəetmə sistemində çatışmayan bolt və qaykalar aşkar edildiyini açıqlayıb.

Problemli təyyarəni yoxladıqdan sonra "Boeing", uçuş idarəetmə sistemində düzgün bərkidilməmiş bir bolt aşkar edib və bazarda olan digər təyyarələri mümkün problemlərə görə yoxlanmağa çağırıb.

Şirkət 2017-ci ildən bəri 1370-dən çox təyyarənin gətirildiyini və onların hamısının yoxlanılmasına ehtiyac olduğunu açıqlayıb.