"Bitcoin"in qiyməti rekorda doğru irəliləyir.
İndex.az xəbər verir ki, "Bitcoin" qiyməti 2021-ci ildən bəri ilk dəfə 65.000 dollar səviyyəsini keçib.
"Bitcoin" 2021-ci ilin noyabrında 69 min dollarla rekord qırb və bir daha bu səviyyəyə yaxınlaşa bilməyib.
Lakin bu yüksəliş davam edərsə, qısa zamanda yeni rekorda imza ata bilər.
