ABŞ-da inflyasiya məlumatlarının gözləniləndən yüksək olmasından sonra bir qədər geriləyən "Bitcoin" qiyməti, yenidən yüksələrək 51 min dolları keçib.
İndex.az xəbər verir ki, kriptovalyutanın bazar dəyəri 2021-ci ilin dekabrından bəri ilk dəfə 1 trilyon dolları ötüb.
"Etherium" 4,1% artarkən, "Avalanche", "Polkadot" və "Polygon" kimi altkoinlər də yüksəlib.
