"Glassnode" tərəfindən təqdim edilən məlumatlara görə, həftənin ortasında kriptovalyuta birjalarında 28 min "Bitcoin" çıxarılıb.

İndex.az xəbər verir ki, 1,19 milyard dollar dəyərində olan buna bənzər axın sonuncu dəfə 14 dekabr 2022-ci ildə baş verib.

Məlum olduğu kimi, 2022-ci ilin sonundakı bu hərəkətdən sonra "Bitcoin" 2023-cü ilə əhəmiyyətli dərəcədə yüksəlişlə başladı.

Kriptovalyuta birjalarından çıxışlar, ümumiyyətlə, investorların aktivlərinin dəyər qazanacağı gözləntiləri ilə aktivlərini satmaq niyyətlərinin olmadığı dövrlərdə baş verir.