Rekord səviyyələrə yüksələn "Bitcoin" indi də, kəskin şəkildə ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, "Bitcoin"in qiyməti 4,6% ucuzlaşaraq 68 min dollara düşüb.

Kriptovalyuta bazarlarında, "Bitcoin"in birja fondlarına (ETF) olan davamlı maraq sayəsində kriptovalyutanın  qiyməti 73 min 798 dollara yüksəlmişdi.

Böyük mərkəzi bankların bu il uçot dərəcələrini azaltmağa başlayacağı və daha dəstəkləyici pul siyasətinə keçəcəyi ilə bağlı gözləntilər bu həftə boyu "Bitcoin"in artımını dəstəkləyirdi.