"Bitcoin" 2021-ci ilin sonundan bəri ən yüksək qiymət səviyyəsinə çatıb.

İndex.az xəbər verir ki, rəqəmsal valyuta bu səhər 4,4% bahalaşaraq 57.039 dollara yüksəlib.

Beləliklə, ilin əvvəlindən davam edən yüksəliş "Bitcoin"in qiymətini 33% artırıb.

İlk "Bitcoin" ETF-ləri yanvarın 11-də ticarətə başladığından bəri ETF-lərə 5,6 milyard dollar xalis daxilolma olub.

Kriptovalyuta tədarükünün azalmasının yaratdığı dəyər qazancı ilə yanaşı, bazar ertəsi proqram şirkəti "MicroStrategy"nin bu ay 3 min "Bitcoin" satın alması da yüksəlişə töhfə verib.