Ən çox istifadə edilən ikinci stabil kriptovalyuta halına gələn BUSD, "Binance" birjasına qarşı açılan məhkəmə iddialarından sonra demək olar ki, tam olaraq dəyərdən düşüb və gələn il rəsmi olaraq bazardan çıxacaq.

İndex.az xəbər verir ki, bazarları manipulyasiya edən "Tether" şirkətinin araşdırmalarının gündəmdə olduğu bir vaxtda "Binance" "Exchange Paxos" ilə əməkdaşlıq edərək BUSD stabil valyutasını satışa çıxarıb.

Lakin, ABŞ tənzimləyiciləri "Binance" birjasında fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı araşdırma başlatdıqdan sonra "Paxos" tərəfdaşlıqdan çıxdığını açıqladı.

Bundan sonra BUSD valyutasının gələcəyi ilə bağlı rəsmi açıqlama da gəldi.

"Binance" 2024-cü ilin fevral ayından etibarən BUSD stabil valyutasını dəstəkləməyi dayandıracaq.

Bu tarixə qədər istifadəçilər öz BUSD əmanətlərini USDT kimi digər vahidlərə çevirməlidirlər.

Qeyd edək ki, BUSD 16 milyard dollarlıq bazar dəyərinə çatmışdı.