Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici investisiyalara görə, regionda liderlik edir.

İndex.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İnvestorlar Şurasının baş katibi Cemal əl-Karvan, ölkəsinin xaricə yatırdığı istər dövlət, istərsə də özəl sərmayələrinin 2024-cü ilin əvvəlində təxminən 2,5 trilyon dollar olacağını bildirib:

“Bu, ölkəni dünya iqtisadiyyatında əhəmiyyətli bir mövqeyə qoyur. Xüsusilə inkişaf edən bazarlara diqqət yetirmək və hərtərəfli strateji tərəfdaşlıq yaratmaq ölkəni böyüməsinə birbaşa təsir göstərir".

Qeyd edək ki, BƏƏ Ra əl-Hikmə bölgəsini inkişaf etdirmək üçün Misir ilə 35 milyard dollar dəyərində tarixinin ən böyük investisiya müqaviləsini imzalayıb.