Ötən il ərzində "Bank of Baku"nun həm faiz gəliri, həm də faiz xərcləri artıb.

İndex.az xəbər verir ki, ötən il “Bank of Baku”nun faiz gəlirləri 128.291 milyon manat təşkil edib.

2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 100.070 milyon  manat olduğunu nəzərə alsaq, il ərzində 28.221 milyon manatlıq artımın olduğunu görərik.

"Bank of Baku"nun faiz xərcləri isə 2023-cü il ərzində 18.121 milyon manat artaraq 41.026 milyon manat təşkil edib.

Ötən ilin əvvəlində bankın faiz xərcləri 22.905 milyon manat olmuşdur.

Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb. Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-ə, 5%-i isə Elçin İsayevə məxsusdur.