"Bank of Baku"nun aktivləri 2023-cü il ərzində artıb.
İndex.az xəbər verir ki, "Bank of Baku"nun aktivləri ilin əvvəlinə nəzərən 169.568 milyon manat artaraq 870.889 milyon manata yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 701.321 milyon manat təşkil edib.
Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb.
Onun nizamnamə kapitalı 52.870 milyon manatdır.
Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-ə, 5%-i isə Elçin İsayevə məxsusdur.
