2023-cü il ərzində "Bank of Baku"nun kredit portfeli artıb.

İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 659.043 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 577.534 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 81.509 milyon manatlıq artımın olduğunu görürük.

Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 77.952 milyon manat artaraq 476.055 milyon manat, biznes kreditləri 6.588 milyon manat azalaraq 148.087 milyon manat, daşınmaz əmlak kreditləri isə 10.171 milyon manat artaraq 34.896 milyon manat təşkil edib.

Beləliklə, "Bank of Baku"nun kredit portfelinin 72%-dən çoxunu istehlak kreditləri təşkil edir.

Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 52.870 milyon manatdır. Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-ə, 5%-i isə Elçin İsayevə məxsusdur.