Ötən il ərzində "Bank BTB"nin həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Bank BTB"nin faiz gəlirləri 30.005 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 26.792 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 3.213 milyon manatlıq artımın olduğunu görərik.
"Bank BTB"nin faiz xərcləri isə 2023-cü il ərzində 1.834 milyon manat artaraq 18.690 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 16.856 milyon manat olmuşdur.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 51 milyon manatdır. Bankın səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya (Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini), 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.
