Ötən il ərzində "Bank Avrasiya"nın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Bank Avrasiya"nın faiz gəlirləri 15.781 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 12.752 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 3.028 milyon manatlıq artımın olduğunu görərik.
"Bank Avrasiya"nın faiz xərcləri isə 2023-cü il ərzində 945 min manat artaraq 3.128 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 2.183 milyon manat olmuşdur.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.
