2023-cü il ərzində "Bank Avrasiya"nın depozit portfeli azalıb.
İndex.az xəbər verir ki, ötən il ərzində "Bank Avrasiya"nın depozit portfeli 31.215 milyon manat azalaraq 48.484 milyon manata enib.
İlin əvvəlində bu göstərici 79.699 milyon manat idi.
2023-cü sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 24.621 milyon manat azalaraq 42.450 milyon manata enib.
Ötən ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 12.628 milyon manat olduğu halda, ilin sonunda bu göstərici 6.594 milyon manat azalaraq 6.034 milyon manat olub.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.
