“Bank Avrasiya” aktivləri 2023-cü il ərzində azalıb.

İndex.az xəbər verir ki, “Bank Avrasiya”nın aktivləri ilin əvvəlinə nəzərən 39.730 milyon manat azalaraq 184.537 milyon manata enib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 224.268 milyon manat təşkil edib.

Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb.

Onun nizamnamə kapitalı 50 milyon manatdır.

Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.