2023-cü il ərzində "Bank Avrasiya”nın kredit portfeli artıb.
İndex.az xəbər verir ki, 2023-cü il ərzində bankın kredit portfelinin həcmi 137.169 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 125.352 milyon manat kredit verildiyini nəzərə alsaq, ilin sonunda 11.817 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, ötən il ərzində istehlak kreditləri 6.598 milyon manat artaraq 15.474 milyon manat, biznes kreditləri 686 min manat azalaraq 66.214 milyon manat, daşınmaz əmlak kreditləri isə 5.905 milyon manat artaraq 55.480 milyon manat təşkil edib.
Beləliklə, "Bank Avrasiya”nın kredit portfelinin 48%-dən çoxunu istehlak kreditləri təşkil edir.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5 %-i “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85 %-lik, “Xalq Sığorta” ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i “PDM Qrup” MMC-yə, 25 %-i isə “Azbizneskom” MMC-yə məxsusdur.
