Azersun Holding

SƏTƏM üzrə mütəxəssis

Son tarix 14 iyn 2025 - 

Müəssisə:  QIDA -AGRO MMC

Tələblər:

  • Əlaqədar sahə üzrə Ali təhsil
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Kollektivlə işləmək bacarığı;
  • Normativ sənədlərlə işləməyi bacarığı.
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmə bacarığı

İş haqqında məlumat: 

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
  • İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
  • İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
  • İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
  • Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.

İş Qrafiki: Həftə içi 5 gün 
İş Yeri: İmişli rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis (İmişli)" qeyd etməyiniz xahiş olunur.

Keyfiyyətə nəzarət üzrə İnspektor

 Son tarix 14 iyn 2025 

Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC

Tələblər:

  • Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
  • MS Office proqramları bilikləri;
  • ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Rus dili və ingilis dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
  • Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etmək;
  • Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı; - İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
  • İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməsi;
  • Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilmək
  • Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləmək
  • Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilmək
  • Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilmək
  • Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərmək

İş Qrafiki:

  • Növbəli iş qrafiki
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

İş Yeri: Biləsuvar

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (Biləsuvar)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.

İstehsalat Növbə Mühəndisi

 Son tarix 14 iyn 2025 

Müəssisə: Şamaxı Dairy Farm MMC

Tələblər:

  • Müvafiq sahə üzrə ali texniki təhsil;
  • Oxşar vəzifədə minimum 2-3 il iş təcrübəsi;
  • Texnoloji proseslərə və istehsalat avadanlıqlarına dair biliklər;
  • Komandada işləmək və operativ qərarlar vermək bacarığı;
  • İntizamlı, məsuliyyətli və detallara diqqətli olmaq.

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalat tapşırıqlarının (iş və xidmətlərin) vaxtında və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nəzarət etmək;
  • Məhsulun müəyyən olunmuş texnologiyaya uyğun istehsalına və istehsal prosesinin fasiləsiz davam etməsinə operativ nəzarət etmək;
  • Avadanlıqların tam gücü ilə, düzgün texniki istismarına nəzarət etmək;
  • İstehsalatın material və enerji ehtiyatları ilə təminatını izləmək, xammal və digər resurslardan səmərəli istifadəni təmin etmək;
  • İstehsalatın planlaşdırılması, normalaşdırılma, iş yerlərinin təkmilləşdirilməsi və qabaqcıl metodların tətbiqi prosesində iştirak etmək;
  • Avadanlıqların boşdayanma halları və məhsul keyfiyyətinin aşağı düşmə səbəblərini təhlil etmək, qüsurların aradan qaldırılması üçün tədbirlər hazırlamaq;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri: Kürdəmir rayonu.

Göstərilən tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində  “İstehsalat növbə mühəndisi” göstərməyiniz xahiş olunur.

Brend Menecer

 Son tarix 14 iyn 2025 

Müəssisə:  AZ DUZ İSTEH. BIRLIYI QSC

Tələblər:

  • Marketinq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə üzrə ali təhsil
  • Minimum 3 illik brend və ya marketinq sahəsində təcrübə
  • Brend strategiyası qurmaq və onu kommunikasiya planına çevirmək bacarığı
  • Analitik düşüncə və bazar yönümlü qərarvermə qabiliyyəti
  • MS Office, təqdimat və planlama alətləri ilə işləmə bacarığı
  • Komanda işi və agentliklərlə koordinasiyanı peşəkar idarə edə bilmək
  • Yaradıcı yanaşma, detallara diqqət və vaxtında nəticə çatdırmaq vərdişi

Vəzifə öhdəlikəri:

  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Brendin bazardakı mövqeyini gücləndirəcək yaradıcı kampaniyaların planlanması və icrası
  • Reklam və dizayn agentlikləri ilə effektiv əməkdaşlıq və yönləndirmə
  • Satış analizləri və bazar araşdırmaları əsasında brend inkişafına dair qərarların verilməsi
  • Məhsul portfelinin idarə olunması: satış performansının izlənməsi, zəif nöqtələrin təhlili və tədbirlərin planlaşdırılması
  • Etiket dizaynlarının və məhsul məlumatlarının sistemlərdə yoxlanılması və uyğunluğunun təmin edilməsi
  • Bazar trendlərinin təqibi və yenilikçi brend təşəbbüslərinin hazırlanması
  • PR və kommunikasiya materiallarının – o cümlədən press-relizlərin hazırlanması
  • Sosial media və veb səhifə fəaliyyətlərinin brend strategiyasına uyğun şəkildə idarə olunması
  • Rəqib brendlərin təhlili və qiymət dəyişikliklərinin rəhbərliyə hesabat formasında təqdim edilməsi
  • Brendin sərgilərdə, tədbirlərdə və digər platformalarda peşəkar şəkildə təmsil olunması

İş Yeri: Bakı şəhəri
İş Qrafiki: 5 günlük, 09:00-18:00

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “Brend Menecer” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.