Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şöbə rəisi

Son tarix 05 okt 2025 - Müraciət et

Struktur bölmənin adı

  • İnformasiya Texnologiyaları Əməliyyatları departamenti / Monitorinq şöbəsi 

Vəzifənin funksiyaları:

  • Mərkəzi Bankın müvafiq normativ qaydalarına uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir; 

  • Departamentin strateji, taktiki və büdcə planının hazırlanmasında iştirak edir;  

  • Şöbənin əməkdaşları üçün vəzifə təlimatı və fərdi iş planının hazırlanmasını təmin edir, təhsil ehtiyaclarını müəyyən edilməsində iştirak edir, əməkdaşların fəaliyyətini qiymətləndirir və təsdiq üçün departamentin rəhbərliyinə təqdim edir;

  • Vəzifə təlimatı və fərdi iş planında nəzərdə tutulmuş vəzifələrin şöbə əməkdaşları tərəfindən icrasını təmin  edir  və müvafiq nəzarəti həyata keçirir;

  • Şöbənin əməkdaşlarının motivasiyası və onlara qarşı intizam tənbehlərinin tətbiq edilməsi barədə vəsatət qaldırır; 

  • AMB-nin digər normativ sənədləri ilə nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;

  • Monitorinqi həyata keçirilən sistemlərin davamlı və etibarlı fəaliyyətini təmin edir;

  • Sistemlərin Ehtiyat Mərkəzində işlək vəziyyətdə saxlanılması, real rejimdə informasiya mübadiləsinin aparılmasının monitorinqini təmin edir;

  • Şöbənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini təmin edir;

  • Mübahisəli məsələləri müvafiq prosedur qaydalar əsasında həllini təmin edir;

  • Dövrü audit yoxlamalarından yaranmış tələblərin  icrasını təmin edir;

  • Şöbənin avadanlıq, proqram təminatı və s. ehtiyaclarını müəyyənləşdirir;

  • Şöbəyə daxil olan məktublar əsasında araşdırmaların aparılması, müvafiq arayışların hazırlanmasını təşkil edir;

  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Texniki kompetensiyalar

  • Linux tipli əməliyyat sistemlərinin idarəedilməsi üzrə texniki biliklər.

  • Microsoft üzrə Əməliyyat sistemləri və servis proqram təmianatlarının idarəedilməsi üzrə texniki biliklər.

  • Şəbəkə avadanlıqlarının idarəedilməsi üzrə biliklər.

  • Virtualizasiya infrastrukturunun idarəedilməsi üzrə texniki biliklər.

  • ITIL prinsipləri üzrə anlayışlar, proseslərin idarəedilməsi sahəsində biliklər.

  • Application Performance Management üzrə biliklər.

  • Monolit və Mikroservis arxitekturası üzrə monitorinq sahəsində biliklər.

  • İT sahəsində texnoloji və idarəetmə standartlar üzrə biliklər

  • Təqdimat və yazı bacarığı

  • Layihələrin idarəetmə bacarığı

Təcrübə

  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi tələb olunur

Təhsil

  • Tətbiqi Riyaziyyat və Kibernetika / Kompüter Elmlər və s İT yönümlü ixtisaslar üzrə ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək), İngilis dili (yüksək)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.