İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Həkim-ekspert
Son tarix 30 sen 2025 - [email protected]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlər və dərman vasitələri departamentinə Həkim-ekspert vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
Təhsil: Ali tibb təhsili (stomatologiya, laboratoriya işi, mikrobiologiya ixtisasları istisna olmaqla);
Təcrübə: Tibbi-iqtisadi ekspert və ya praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 5 il iş təcrübəsi;
Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;
Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
Tələb olunan hesabatların hazırlanması.
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Test mərhələsi
Müsahibə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
