Azersun Holding

Sığorta üzrə mütəxəssis (Ağdam nümayəndəliyi)

Son tarix 04 may 2025 - 

Tələblər:

  • Tam orta təhsil;
  • Müvafiq sahə üzrə 0-2 il  iş təcrübəsi
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş satış planın reallaşdırılmasını təmin etmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək, müştərinin ziyarətinə getmək, məhsullarla bağlı ətraflı məlumat vermək, məhsulun üstünlüklərini çatdırmasını təmin etmək;
  • Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
  • Təhkim edilmiş ərazidə satış həyata keçirmək;
  • Müştərilərin hansı sığorta şirkətləri ilə çalışdığını öyrənmək və bu şirkətlərdə gördükləri müsbət və mənfi cəhətləri əldə etmək;
  • Sığortaların yenilənməsini həyata keçirərəkən, sığorta müqaviləsinin müddəti bitmiş müştərilərin siyahısını tutmaq və yeni təkliflər etmək;
  • Sistem üzərində sığortalıları izləmək və sığorta müqaviləsinin müddəti bitməsinə az qalmış müştəriləri müəyyən edərək müqavilələrini təzələmək məqsədi ilə görüşmək;
  • Uçot və nəzarət xarakterli hesabatları hazırlamaq;
  • Tələblərə uyğun olaraq vaxtında lazımi sənədləri tərtib etmək, uçot aparmaq və sığorta müqavilələrinin bağlanması ilə əlaqədar sənədlərin saxlanılmasını təmin etmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

İş yeri:

  • Ağdam rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində " Sığorta üzrə mütəxəssis (Ağdam nümayəndəliyi)" qeyd etməyiniz xahiş olunur.

Kamera və şəbəkə təminatı üzrə mütəxəssis

 Son tarix 04 may 2025 

Tələblər:

  • Ali təhsilli (İnformasiya texnologiyaları və elektronika üzrə);
  • Müvafiq sahə üzrə 1 il  iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • LAN, VLAN haqqında anlayışı olmalı;
  • Kabel növlərini (şəbəkə, kamera, səs və s.) bilməli
  • Şəbəkə problemlərinin diaqnostikası və həlli
  • Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli
  • Analoq və İp kameralar üzrə təcrübəsi olmalı
  • Ezamiyyətə gedə bilməli.

Vəzifə öhdəlikləri:

  • Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
  • Lokal (LAN) və qlobal (WAN) şəbəkə problemlərində avadanlıqların fiziki işləkliyini təmin etmək
  • NVR/DVR quraşdırmaq, sazlamaq və optimizasiya etmək
  • NVR Məlumatların vaxtaşırı ehtiyatlarının və sürətlərinin yaradılmasını təmin etmək;
  • Hikcentral / İVMS və digər proqramlar yüklənən istifadəçi kompüterlərinə nəzarət və çıxan problemləri həll etmək
  • Bakı və rayon filiallarında kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) və şəbəkə montaj (rack kabin montaj, şəbəkə kabel çəkilməsi və s.) işlərini yerinə yetirmək;
  • Layihə üzərində kamera, access point və digər cihazların yerinin təyin edilməsi;
  • Nasazlıqlarla bağlı rəhbərliyə məlumat vermək;
  • Nasazlıq olan avadanlığı testdən keçirmək;

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində Kamera və şəbəkə təminatı üzrə mütəxəssis (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.

İxrac üzrə mütəxəssis

 Son tarix 04 may 2025 - 

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
  • Sürücülük vəsiqəsi.

Vəzifə öhdəlikləri:

  • İxrac olunacaq yükə invoys-faktura hazırlanması, CMR-lərin yazılması, Packing List hazırlanması;
  • Malların sığortalanması, ixraç olunacaq malların eksport sənədlərinin toplanması və nizamlanması, BBGİ saytında qeydiyyatdan keçirilərək kod alınması;
  • ST-1 (Certificate of origin) Mənşə sertifikatının və ekspertiza aktının alınması üçün xammal bəyannamələrinin, aktların və fiziki şəxslərlə müqavilələrin hazırlanması, Baytar icazələrinin alınması üçün sənədlərin (invoys, müqavilə, ST-1,) Dövlət Baytarlıq Xidməti idarəsinə göndərilməsi;
  • Müştərilərə ixrac sənədlərinin göndərilməsi, sualların cavablandırılması;
  • Əlaqədar hesab fakturalarin dəmiryolu idarəsinə göndərilməsi;
  • Dəmir yolu bölməsinə yükün göstəriş sxeminin verilməsi və vaqonların vaxtında təminatının təşkil edilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş yeri:

  • Bakı şəhəri.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi  elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İxrac üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.