"Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Ağsu rayonunda baş tutacaq.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, noyabrın 7-də saat 12:00-dan 13:00-dək keçiriləcək aksiya Ağsunun Qaraqoyunlu kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutması nəzərdə tutulub.
Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
