Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4 mənzil və ya 8 % çoxdur.
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 1 311 mənzil satılıb. Bu, ötən iilin eyni ayı ilə müqayisədə 247 mənzil və ya 15,8 % azdır.
Bu ilin yanvar ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara ötən ay 219 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29 ədəd və ya 11,7 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. Yanvarda onlar bu ölkədə 118 mənzil satılıb ki, bu da illik müqayisədə 44 ədəd və ya 27,2 % azdır.
Ötən ay Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Ukrayna vətəndaşları qərarlaşıblar. Belə ki, yanvarda Ukrayna vətəndaşları Türkiyədə 77 mənzil sahib olublar. Bu da 2025-ci ilin ilk ayı ilə müqayisədə 17 mənzil və ya 18,1 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.
