Ötən il ərzində "Azər-Türk Bank"ın həm faiz gəliri, həm də faiz xərcləri artıb.
İndex.az xəbər verir ki, ötən il "Azər-Türk Bank"ın faiz gəlirləri 62.517 milyon manat təşkil edib.
2023-cü ilin əvvəlində bankın faiz gəlirlərinin 35.253 milyon manat olduğunu nəzərə alsaq, il ərzində 27.264 milyon manatlıq artımın olduğunu görərik.
"Azər-Türk Bank"ın faiz xərcləri isə 2023-cü il ərzində 8.878 milyon manat artaraq 19.945 milyon manat təşkil edib.
Ötən ilin əvvəlində bankın faiz xərcləri 11.067 milyon manat olmuşdur.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
