“Azər-Türk Bank”ın aktivləri 2023-cü il ərzində artıb.

İndex.az xəbər verir ki, “Azər-Türk Bank”ın aktivləri ilin əvvəlinə nəzərən 30.379 milyon manat artaraq 995.536 milyon manata yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 965.157 milyon manat təşkil edib.

Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank İnternational”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. Prezident İlham Əliyevin bankın idarə edilməsinin təkmilləşdirilməsi haqqında 16 iyul 2022-ci il tarixli fərmanı əsasında kredit təşkilatı Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.