Avropa Statistika İdarəsi Avropa İttifaqı (Aİ) və "Avrozona"nın yanvar ayı üzrə İstehsalçı Qiymət İndeksi (İQİ) məlumatlarını açıqlayıb.

İndex.az xəbər verir ki, bununla da, Aİ-də İQİ yanvar ayında ötən aya nəzərən 0,9% 2023-cü ilin eyni ayına nəzərən isə 8,4% aşağı enib.

"Avrozona"da İQİ yanvar ayında aylıq 0,9%, illik bazda isə 8,6% azalıb.

Bazar gözləntisi "Avrozona"da İQİ-nin aylıq 0,1%, illik isə 8,1% azalacağı idi.